Şagirdlərimiz Heydər Əliyev Mərkəzində

Həmişə olduğu kimi şagirdlərimizin Heydər Əliyev Mərkəzinə bu dəfəki ziyarəti də şagird və müəllimlərimizdə xoş təəssürat yaratdı. Mərkəzdə təşkil edilmiş sərgidə nümayiş etdirilən hər bir ekspozisiya unikal bir sənət əsəri idi.
Ekskursiyanın təşkilində məqsəd həm qədim, həm də müasirlərimiz tərəfindən yaradılan dekorativ – tətbiqi sənət nümunələri ilə tanış olmaqla bərabər, keçmişimizlə bugünümüzün bağlılıq “körpüsünü” dəyərləndirməkdən ibarət idi.
Təbii ki, şagirdlərimizin belə sənət əsərləri ilə tanışlığı, Azərbaycanımızın mədəni memarlıq abidələri və muzeylərinə ziyarətləri onlarda vətənpərvərlik və qürur hisslərinin formalaşmasına xidmət edir.