Bayrağımız qürur mənbəyimizdir
Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Məktəbimiz bu şanlı tarixi təntənəli şəkildə qeyd etdi. Tarix müəllimi Firuzə Məmmədli yuxarı sinif şagirdləri ilə birgə "9 Noyabr Bayraq Gününün yaranma tarixi və əhəmiyyəti” mövzusunda geniş diskussiya apardı. 3K sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya çox maraqlı və yaddaqalan oldu. Tədbirin sonunda Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğu, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edildi.