“Ənənəvi və müasirlik, innovasiyalar, kreativ düşüncəsinin formalaşdırılması” mövzusunda elmi-təcrübi respublika konfransı

Təhsil Şurası tərəfindən “Ənənəvi və müasirlik, innovasiyalar, kreativ düşüncəsinin formalaşdırılması” mövzusunda elmi-təcrübi respublika konfransı keçirilmişdir. Konfransda məktəbimizin fiziki tərbiyə müəllimi Cəfərov Namiq “Fiziki tərbiyə prosesində müasir təhsil texnologiyalarının tətbiqi” mövzusunda çıxış etmiş və sonunda Təhsil Şurasının sertifikatına layiq görülmüşdür.