“Dünya ölkələrinə səyahət”
2 "F" sinfində “Dünya ölkələrinə səyahət” layihəsinə start verildi. Ilk səyahətimizi Fransadan başladıq. Bu zövqü bizə yaşadanlar Maksud Qəribzadə və Aylin Qaziyeva oldu. Dünyanın ən gözəl şəhərlərindən biri olan Parisin “ Eyfel qülləsi”, “ Luvr muzeyi”, “Zəfər Tağı”, “Paris Notr - Dam kilsəsi” və bir çox möhtəşəm abidələr barədə kiçikyaşlı məktəblilərin maraqlı təqdimatı şagird və valideynləri yaxşı mənada heyrətləndirdi.
Növbəti səyahətlərimizin də maraqlı olacağına əminik.