Müasir Azərbaycan tarixi Şirvanşahlar dövlətinə səyahət

    «Müasir Azərbaycan tarixi Şirvanşahlar dövlətinə səyahət» Beynəlxalq elmi konfransı çərçivəsində «İçərişəhər» Dövlət Tarix-memarlıq Qoruq İdarəsi «Şirvanşahlar irsi dünya muzeylərində”» adlı möhtəşəm sərgi təşkil etmişdir. Məktəbimizin X  sinif şagirdləri də muzeyi ziyarət etdilər.

İstanbul Əskəri muzeyi tərəfindən böyük səxavətlə ölkəmizə təqdim olunmuş eksponatlar sərginin əsasını təşkil edirdi. Sərgidə ziyarətçilərə üzərində xeyir-dua kəlamları həkk olunmuş unikal dəbilqə kolleksiyasını birbaşa izləmək imkanı verilirdi. Onların arasında Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra müvəqqəti də olsa öz doğma məkanında sərgilənmişdir.

Gürcüstan Milli Muzeyi tərəfindən əla vəziyyətdə saxlanılmış, türk ordusunun əsas atributlarından hesab olunan, çox funksiyalı səfər qazanları da sərgi ekspozisiyalarını zənginləşdirmişdir.

    Bir sözlə, şagirdlərimiz bu səfərdən çox böyük təəssüratla qayıtdılar.         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi