Mütaliə vərdişlərinin formalaşdırılması
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası məktəbimizin 5 a sinif şagirdləri ilə "Kitab oxumaq mədəniyyətdir" mövzusunda tədbir keçirdi. BookCrossinq "Kitab dövriyyəsi" təşəbbüsünün yaradıcısı amerikalı Ron Hornbekerin mütaliə mədəniyyətinin formalaşması üçün tövsiyyə etdiyi priyomlar şagirdlərin marağına səbəb oldu. Kitabxana rəhbərliyi tərəfindən şagirdlərə mütaliə ediləcək əsərlərin siyahısı ilə bərabər, həm də bəzi bədii ədəbiyyatlar verildi . Tədbirin sonunda "Kitab oxumaq mədəniyyətdir"mövzusunda videorolik nümayiş etdirildi .