Şagirdlərimiz “UNEC – də bir gün” layihəsi ilə tanış olurlar

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) I və II ixtisas qrupu üzrə hazırlaşan X-XI sinif şagirdlərini “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət edir. Layihənin məqsədi şagirdləri UNEC – də baş verən ciddi dəyişikliklər barədə məlumatlandırmaq, yüksək səviyyəli, eyni zamanda, peşəkar kadrların yetişdirilməsi üçün universitetdə yaradılan müasir təlim texnologiyaları ilə tanış etmək, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdan ibarət idi.” Biznes və menecment” fakültəsinin “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi, İqtisad elmləri üzrə Fəlsəfə Doktoru Hicran Muradova və “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti İqtisad elmləri üzrə Fəlsəfə Doktoru Pikəxanım Xudiyeva “UNEC-də bir gün” layihəsinin iştirakçılarına bir günlük şərti tələbə bileti təqdim edilməklə ,onlara bu biletlə dərslərdə iştirak edə bilməsi, kitabxanadan faydalanması və yeməkxanadan istifadə edə bilmələri barədə məlumat verdilər.