“Veloməktəbli” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər
"Veloməktəbli" lahiyəsinin icra planına uyğun olaraq Respublika Olimpiya Velosiped Məktəbi tərəfindən məktəbimizin şagirdləri üçün təlim-seminar keçirilmişdi. Təlim-seminarda Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Cavid Allahverdiyev, Gənc Velosipedçilər İctimai birliyinin sədri Nur Axundlu, məşqçilər və gənc velosipedçilər iştirak etmişdilər. Təlim-seminarın məqsədi velosiped sürməyə meyilli uşaqlara bəzi qaydaların öyrədilməsi və gələcəkdə həmin uşaqların Respublika Olimpiya Velosiped Məktəbi velosipedçilərinə qoşulma şansının olması barədə məlumatın verilməsi idi. Təlimdə, eyni zamanda, şagirdlərə velosiped idman növünün tarixi haqqında video rolik nümayiş etdirildi.
"Veloməktəbli"lahiyəsi çərçivəsində məktəbimizdə eksperti və «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası» (2008), «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətə cəlb etmə qaydalarının icmal şərhi» (2011) kitablarının müəllimi eksperti Ərşad Hüseynov tərəfindən şagirdlər üçün təlim keçirilmişdir. Ərşad müəllim şagirdləri maraqlandıran suallara cavab vermiş və yol hərəkəti haqqında mühüm məsələlərə toxunmuşdur.