Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir
Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir
Heydər Əliyev
Ümummilli Liderin bu tövsiyyəsinə cavab olaraq məktəbin dil-ədəbiyyat müəllimi Pərvanə Səfərəliyevanın 5 "C" sinfində "Ağıllı qoca" və "Yeddi nar çubuğu" hekayələri əsasında interaktiv təlim metodu ilə tədris etdiyi ədəbiyyat dərsi məktəbin kitabxanasında reallaşdı. Kitabxana müdiri Günel Aslanovanın da dəstəyi ilə tədris olunan bu mövzu şagirdlərin mütaliə vərdişlərinin inkişafına, söz ehtiyatının zənginliyinə, nitqin cilalanmasına, səlis, düzgün, aydın nitqə malik olmalarına xidmət edirdi. 5 “C” sinif şagirdlərinin sevimli məkanı olan məktəb kitabxanası, şagirdlərin kitabxana fondundan yetərincə istifadə qabiliyyəti bu mövzunun sinif otağında deyil, məhz məktəb kitabxanasında tədrisinə gətirib çıxardı. Dərs prosesində daha fəal iştirak edən, maraqlı və özünəməxsus fikirləri ilə fərqlənən Camal Murğuzlu və Leyla Məmmədzadə kitabxana tərəfindən hədiyyə ilə rəğbətləndirildi.