"Nəsimi - şeir, sənət və mənəviyyat" festivalına töhvəmiz

     Ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Nəsimi - şeir, sənət və mənəviyyat" festivalına məktəbimizin IV”A” sinif şagirdləri də hazırladıqları sərgi və kiçik bir kompazisiya ilə öz töhvələrini verdilər. Tədbirdə iştirak edən Milli Konservatoriyanın tələbələrinin milli musiqi nömrələri rəngarəngliyi ilə şagirdlərin zövqünü oxşadı. Musiqinin müşayiəti ilə şagirdlərin ifasında səslənən dahi Nəsiminin qəzəlləri tədbirə qatılanları heyran etdi. Tədbirdə iştirak edən məktəbin direktoru dördüncü sinif şagirdlərinin ifasında səslənən Nəsimi qəzəllərindən böyük zövq aldığını bildirməklə bərabər, sinif müəlliminə Nəsimi qəzəllərinin fəlsəfəsini, mahiyyətini şagirdlərə dərindən açıqlamasını tövsiyə etdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi