Yeni dərs ilinin YARAT Müasir İncəsənət Mərkəzində ilk tədbiri

    Məktəbimizin şagirdlərinin asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq, həmçinin, onların dünyagörüşləri, bilik və bacarıqlarını inkişaf etdirmək məqsədiylə YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan maarifləndirici tədbirlər, ekskursiyalar artıq məktəbdə ənənə halına çevrilmişdir. Elə bu günlərdə 7f sinif şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası da bu məqsədlə təşkil olunmuşdur. Məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətlərinin inkişafına köklənən mərkəzdə təşkil olunan “1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisində şagirdlərimiz sanki gözəllik və rənglər dünyasına düşmüş, rəngləri duymağı başlamışlar. Mərkəzdə təşkil edilən ustad dərsləri də şagirdlərimizin böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi