Müəllimlərin sevincinə şərik oluruq
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətiylə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təltif olunan təhsil işçiləri arasında məktəbimizin tədris işləri üzrə müavini Aida Tağıyevanın da olması bizi sevindirdi.
Azərbaycan cəmiyyətində müəllim əməyi daim qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan müəlliminə verilən dəyər, ehtimad bu gün də ölkə başçısı və I Vitse Prezident tərəfindən bu gün də davam etdirilir.
Əminik ki, şərəfli müəllim peşəsinə bağlı olan səriştəli, fədakar təhsil işçiləri üçün ölkə başçısı, Təhsil Nazirliyi, BŞTİ tərəfindən bayram ərəfəsində verilən fəxri adlar və təltiflər onları daha əzmlə çalışmağa, təhsilimizə daha böyük töhfələr verməyə sövq edəcək.
Kollektivimiz adından Aida Tağıyevanın timsalında təltif olunan hər bir təhsil işçisini ürəkdən təbrik edirik.