“Narkomaniyaya yox deyək”

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik idarələrinin əməkdaşlarının iştirakları ilə məktəbimizdə “Narkomaniyaya, zərərli vərdişlərə və hüquqa zidd əməllərə qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə mövzu ilə bağlı məktəblilər qarşısında çıxışlar edilmiş, diskusiyalar aparılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Görüşdə eyni zamanda sosial şəbəkələrdən düzgün istifadə olunması, şagird-müəllim münasibətlərinin etik normalara uyğun qurulması istiqamətində də məktəblilərlə profilaktiki söhbət  aparılmışdır.

Məktəbin rəhbərliyi gənc nəslin sağlam böyüməsi və tərbiyəsində mühüm rol oynayan bu tipli görüşlərin təşkilinə görə öz minnətdarlığını bildirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi