«Veloməktəbli» lahiyəsi çərçivəsində fəaliyyət

Məktəbimizin fiziki tərbiyə müəllimi Namiq Cəfərov Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin "Veloməktəbli" lahiyəsinin qalibi olmuşdur.

Məktəbimizin velosiped klubun üzvləri "Veloməktəbli" lahiyəsinin icra planına uyğun olaraq Azərbaycan Velosiped İdman Federasiyasına və Velotrekə səfər etdilər. Səfər zamanı klub üzvləri İsma velosipedlərin satış mərkəzində, federasiyanın inzibatı binasında, velotrekdə və Respublika Olimpiya Velosiped məktəbində oldular. Ekskursiya Respublika Olimpiya Velosiped Məktəbinin  direktoru və "Gənc velosipedçilər" ictimai birliyinin təsiscisi Faiq Qurbanovun şəxsən iştirakı ilə həyata keçirildi. Klub üzvləri eyni zamanda  velosiped idman növü üzrə təlimlərdə iştirak etdilər. Təlimçi Nur Axundlu velosipedin insan sağlamlığındakı əhəmiyyəti barədə məlumat verdi.

Təlimlər şagirdlərin aktiv iştirakı və praktik təcrübəsi ilə keçdi.

Lahiyənin rəhbəri məktəbin fiziki tərbiyə müəllimi Namiq Cəfərov şagirdlərimizin ekskursiyası üçün yaradılmış şəraitə görə Respublika Olimpiya Velosiped Məktəbinin direktoru və "Gənc velosipedçilər" ictimai birliyinin təsiscisi Faiq Qurbanova rəhbərlik adından minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi