Beynəlxalq Sülh Gününü qeyd etdik

Bu gün məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Veteranlar Şurasının təşəbbüsü ilə “Beynəlxalq Sülh Günü” qeyd edildi.

Tədbirdə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Cəlil Xəlilov, Böyük Vətən Müharəbisə və Qarabağ müharibəsi veteranları ilə yanaşı, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edirdi. Tədbirdə çıxış edən məktəb direktoru Ceyran Kuliyeva BMT Baş Assambleyasının qərarı ilə təsis edilən bu günün məqsəd və məramından danışdı. Direktor torpaqları işğal altında olan bir dövlət başçısının milyonlarla qaçqaın və köçkünü üçün istənilən normal şərait yaratmasına baxmayaraq, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqların geri qaytarılacağına əminliyini bildirdi.

Güclü və qüdrətli bir ordununun ali baş komandanının sülhsevərliyi, insanpərvərliyi, aliliyinin təzahürüdür ki, o, işğal altında olan torpaqlarının məhz sülh yolu ilə geri qaytarılmasına çalışır. Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Cəlil Xəlilov da öz çıxışında ölkə başçısının sülhsüvər siyasətindən, sülhün bütün bəşəriyyət üçün önəmindən danışdı.

Bu günkü toplantıdakı məktəblilər, valideyn və müəllimlər – bir sözlə, bütün tədbir iştirakçıları “Sülh göyərçinləri” flashmobunda sülhsevər missiyalarını bəyan etməyə çalışdılar. Kiçik yaşlı məktəblilərin ovuclarından aydın səmaya qanad açan ağ göyərçinlər və eləcə də, mavi göylərə ucalan yüzlərlə ağ balonlar məktəblilərin  təcavüz və terrora, qanlı müharibələrə  rəvac verənlərə üsyan mesajı idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi