Tədris ilinin ilk ən maraqlı dərsləri
Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili” ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunmuş. Təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşdırılması təhsil müəssisələri qarşısında prioritet istiqamət olaraq müəyyənləşdirilmişdir.
Yeni tədris ilində ilk dərslərin ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunmasını nəzərə alaraq, bu mövzulara həsr olunmuş dərslərə tanınmış, alim və mütəxəssislərin - Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Teymur Kərimli, kultroloq - tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Teyyub oğlu Məmmədov, Bakı Media Mərkəzinin meneceri Ziya Bağırov, Əfqanıstan müharibəsi iştirakçısı, Qarabağ əlili Yavər Əhmədov, “Yarat” Müasir İncəsənət Mərkəzinin koordinatoru Roman Qocayev, Azərbaycan Milli Akademik Dram Teatrının truppa müdiri Elnur Məmmədov, Tarix üzrə fəlsəfə doktoru, Qərbi Kaspi Universiteti Siaysi Elmlər kafedrasının dosenti Rauf Həsənov, Əməkdar jurnalist, dosent Qərənfil Quliyevanın dəvət olunması və onların müvafiq mövzular üzrə maraqlı məlumatları yəqin ki, şagirdlərimizin yaddaşından silinməyəcək.