Fəridin növbəti uğuru!

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində "Karate1" Gənclər liqasının ikinci mərhələsində çıxış etmiş və vətənə medallarla qayıtmışlar.

Ölkəmizin idman şərəfini bu dəfə də ləyaqətlə təmsil edən, üçrəngli bayrağımızı ucaldan məktəbimizin XI sinif şagirdi Fərid Ağayev 14 yaşadək idmançılar arasında (-70 kq) gümüş medala layiq görülmüşdür.

Şagirdimizin 74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışındakı qələbəsi bizi sevindirir. Fəridi ürəkdən təbrik edir, ona daha böyük qalibiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi