TOPs proqramındakı uğurumuz

Təhsil Nazirliyi, "British Council", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib. 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilən və hazırda 140000-dən artıq şagirdin yararlandığı TOPs proqramında bizim məktəbimiz də iştirak edib.

TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişaf və yeniliklərin tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər  daha çox iştirak etməyə  meyil göstərirlər. Layihə çərçivəsində məktəbimizin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi olub. Təlimlərdə həmçinin, müəllimlərə, fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiq edilməsi üçün milli kurikuluma uyğunlaşdırılmış metodiki tədris kartları da təqdim edilib. Bu təlimləri uğurla başa vurmuş  müəllimlərə müvafiq  sertifikatlar  verilib.

TOPs layihəsi çərçivəsində 2016-2017-ci tədris ilində keçirilmiş 4 nominasiya üzrə müsabiqənin qaliblərinə mükafatlar, həmçinin layihə üzrə təşkil olunan təlim kürsunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib. Məktəbimizin fiziki tərbiyə müəllimi Həsən Vəliyevin  qaliblər arasında yer alması bizi sevindirir. Həsən müəllimi təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi