Məktəbimizdə "Son zəng" tədbiri
Ənənəyə uyğun olaraq məktəbimizdə "Son zəng" tədbiri keçirilib. "Son zəng" mərasiminin yüksək səviyyədə təşkili və iştirakçıların yaddaşlarında uzun illər boyu qalması üçün məktəbin rəhbərliyi, şagirdlər və pedaqoji kollektivi tərəfindən müvafiq tədbirlər görülüb.
Tədbirdə iştirak edən BŞTİ-nin Ümumi Təhsil Sektorunun müdiri Lamiyə Şərəfxanova, məktəbin direktoru Ceyran Kuliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, hazırda ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi təhsil sahəsində də aparılan məqsədyönlü və düşünülmüş siyasətdən, başa çatan təhsil ilinin – Cümhuriyyətin 100 illiyi ilə üst-üstə düşməsindən söz açaraq, məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladılar. Dərs ilində yüksək təhsil uğurları ilə seçilmiş məzun Rəhimə Abbasova və məktəbin ictimai həyatında fəal iştirak etmiş Validə Ağazadəyə xatirə hədiyyələri təqdim edildi.
Tədbir həm məzunların, həm də birincilərin hazırladıqları bədii kompozisiya ilə davam etdi. Sonda onbirincilərin ömür boyu həsrətlə xatırlayacağı son zəng səsləndi.