Resurs mərkəzləri arasında estafet yarışı

Britaniya Şurası Azərbaycan (British Counsil Azerbaijan) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə layihəsinə əsasən 2018-ci ildə Bakı, Sumqayıt, Gəncə və Lənkəranın 8 seçilmiş məktəbində “Enlish Club” (resurs mərkəzləri) açıldı. Fəxrlə deyə bilərik ki, məktəbimiz bu proyektin iştirkaçılarından biridir. Mərkəz açıldığı gündən şagirdlərin ingilis dili bacarıqlarının inkişafında fəal rol oynamaqla bərabər, şagirdlərin şifahi nitqinin (dinləmək- danışmaq) bacarıqlarının formalaşmasına, motivasiyanın gücləndirilməsinə və onların xarici mədəniyyətlə inteqrasiyasına şərait yaradır.

6 İyun 2018-ci il tarixində məktəbimizdə “English Club” proyekti çərçivəsində ingilis dilində keçirilən estafet yarışlarında (Relay Race) 62, 245, 189-190 nömrəli məktəblərin resurs mərkəzləri arasında növbəti əməkdaşlıq həyata keçirildi. Tədbirdə Bakı Baş Təhsil idarəsinin İnkişaf Layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova iştirak etmişdir. Tədbir Azərbaycan himninin  səslənməsi ilə başladı.

62, 245, 189-190 saylı məktəblərin komandaları həm idman, həm də ingilis dili bacarıqlarını nümayiş etdirən 3 mərhələdə  yarışdılar. Sonda komandalar  kubok və medallara layiq görüldülər. Yarışlar arası fasilələrdə məktəbimizin rəqs qruplarının ifasında milli və müasir rəqslər nümayiş etdirildi. Şagirdlərin coşqu və yüksək həvəslə qatıldıqları bu tədbir adı çəkilən məktəblərdə ingilis dili və idmanın inteqrasiyasının  bir nümunəsi olaraq şagirdlərin XXI əsrin tələbi olan həyati bacarıqlarının inkişaf etdirilməsi prosesində atılmış növbəti bir addım oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi