Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan tarixində rolu

Məktəbimizdə AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçiləri ilə görüş keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan görüş dəyirmi masa arxasında baş tutub. Tarix kafedrasının alimləri Kamran İsmayılov, İlqar Niftəliyev və Şamil Rəhmanzadə “Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan tarixində rolu” mövzusunda çıxış ediblər. Onlar AXC-nin tariximizdə əvəzolunmaz iz qoyduğunu söyləyərək cümhuriyyətin yaranmasından öncəki tarixə nəzər salıblar. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verən Şamil Rəhmanzadə o dövrdə bir sıra görkəmli şəxsiyyətlərin iştirakı ilə maarifçilik ideyalarının yayılması, Azərbaycanda baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər, milli məfkurənin təşəkkülü və inkişafı haqqında danışıb. AMEA-nın Tarix İnstitunun alimləri görüşü təşkil edən məktəb rəhbərliyinə, müəllimlərə öz təşəkkürlərini bildirmişlər. Dəyirmi masa şagirdləri maraqlandıran sualların cavabları ilə yekunlaşıb.