Cümhuriyyət ili çərçivəsində "Əbədi ezamiyyət" sənədli filminin nümayişi

Cümhuriyyət ili çərçivəsində həyata keçirilən tədbirlərdən biri də məktəbin yuxarı sinif şagirdləri üçün "Əbədi ezamiyyət" sənədli filminin nümayişinin təşkili oldu. Layihə rəhbəri, baş prodüser Arzu Əliyevanın və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş film şagirdlər tərəfindən böyük maraqla izlənildi. Sənədli film görkəmli ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin gərgin, fədakar əməyinə həsr olunub. Filmin şagirdlərə nümayiş etdirilməsində əsas məqsəd 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixi barədə şagirdləri məlumatlandırmaq, bununla da hər bir şagirdə “Unutmayaq ki, unudulmayaq” kəlamının məğzini açıqlamaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi