“Oxu – irəliləyişdir”
Şagirdlərdə mütaliə vərdişlərinin formalışdırılmasına həsr edilmiş silsilə tədbirlədən biri də “Filarmoniya bağı”nda 2f sinif şagirdlərinin iştirakı ilə “Oxu – irəliləyişdir” devizi altında keçirilən bədii qiraət dərsi oldu. Dərsin təşkilində məqsəd şagirdlərdə oxuya həvəsi artırmaq, ətraf mühitlə təmasda oxunun insana təsirini göstərmək, azyaşlılarda vətənpərvərlik, təbiətə, doğma şəhərə, Vətənə məhəbbət hisslərini aşılamaq olmuşdur. Bu qəbildən olan dərslər şagirdlərdə mütaliə vərdişlərinin formalaşması ilə yanaşı, eyni zamanda onların yaradıcılıq qabiliyyətlərinin də inkişafına təkan vermiş olur.