Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə

 Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmiz üçün çox əlamətdar hadisədir. Dövlət başçısının yubileylə bağlı sərəncamı xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərinə dərin hörmətdən qaynaqlanır, dövlətçiliyimizin möhkəmlənməsinə, həmrəyliyin, azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Artıq bir neçə vaxtdır ki, təhsil ocaqlarında yubileylə bağlı silsilə tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də məktəbimizdə 8a sinif şagirdləri tərəfindən reallaşdı. Xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi silinməz iz buraxan Xalq Cümhuriyyəti barədə şagirdlərimiz tərəfindən hazırlanan maraqlı məlumatlar “Cümhuriyyət və Azərbaycan ədəbiyyatı ensiklopediyası” adlı kitabda toplandı və məktəb kitabxanasına hədiyyə olaraq təqdim edildi. Şagirdlərin məqsədi bu kitabdan gələcək nəsillərin istifadə edib yararlanması idi. Kitabda Cümhuriyyət dövründə yazıb yaratmış ədiblərimiz, mətbuat orqanlarımız haqqında geniş məlumatlar yer almışdır.

 Belə tədbirlərin keçirilməsi gənclərdə xalqımızın keçmişinə dair qürur hissi aşılayır, onlarda vətənə bağlılığı, sevgini daha da artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi