“İstiqlalın iziylə”

Prezident cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə Sərəncamına əsasən 189-190 №- li məktəb “Cümhuriyyət ili” çərçivəsində  geniş tədbirlər planıı işləyib hazırlamışdır. Tədbirlər planına uyğun olaraq məktəbin 10 və 11-ci sinif şagirdləri  “Fəxri xiyaban”da olmuş, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış,  AXC  dövründəki fəaliyyəti ilə seçilən şəxsiyyətlərin məzarlarını ziyarət etmiş,məzarları önünə al qərənfillər düzmüşlər.

Məktəbin Dil-ədəbiyyat müəllimi Təranə Rzayeva  ilk öncə məktəblilərə I “Fəxri xiyaban”ın tarixi , Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu bu məzarlığın 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Sərəncamı ilə  neftdən gələn vəsait hesabına salındığı və bura Çəmbərəkənd və şəhər qəbiristanlığından Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12 nəfərin qəbrinin köçürülərək yenidən torpağa tapşırıldığı barədə ətraflı məlumat vermişdir.

Məktəblilər AXC-nin aparıcı mətbuat orqanı olan “Azərbaycan” qəzetinə 1919-1920-ci illərdə redaktorluq etmiş dahi Üzeyir bəy Hacıbəylinin, onunla yanaşı məzarda uyuyan həyat yoldaşı və məsləkdaşı Məleykə xanım Hacıbəyli-Terequlova və qardaşı – mətbuat tarixində özünəməxsus xidmətləri olmuş Zülfüqar Hacıbəylinin, milli azadlıq hərəkatının məfkurəçilərindən olan Cəfər Cabbarlının, hər kəsin yalnız bir yazar kimi tanıdığı Cümhuriyyət dövrünün fəal ictimai xadimi Abdulla Şaiqin, Cümhuriyyət zamanı Ermənistanda ilk səfir olmuş və Qarabağda, Azərbaycanın digər bölgələrində törədilən vandalizm aktlarına rəsmi şəxs kimi etirazını bildirmiş,”Cümhuriyyyətin əməkdar incəsənət xadimi” adı almış Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin “2-ci Sabirimiz” adlandırdığı Əli Nəzminin, 1918-1920-ci illərdə müxtəlif satirik mətbuat orqanlarında istiqlalın düşmənlərini ciddi tənqid edən “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən olan Əzim Əzimzadənin, eləcə də milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət etmiş,xatirəsini ehtiramla yad etmişlər.T.Rzayeva bu şəxsiyyətlərin hər biri haqqında şagirdlərə qısa,lakin maraqlı məlumatlar vermişdir. Məktəbin direktor müavinləri Aida Tağıyeva və Lalə Pənahovanın  da iştirak etdiyi ziyarət maarifləndirici missiyası ilə yadda qaldı . “Cümhuriyyət ili” çərçivəsində isə bu hələ son deyil,axarıncıdır.

            

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi