“Bir olaq, həmrəy olaq”

“Bir olaq, həmrəy olaq” devizi altında məktəbdə musiqili bayram şənliyi keçirildi.Məktəbin şagird və müəllim kollektivi əsl həmrəylik nümayiş etdirərək 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təşkil edilmiş bayram tədbirində fəal iştirak etdi.Məktəbin musiqi müəllimi Tahirə Nəbiyevanın rəhbərliyi altında ərsəyə gəlmiş konsert proqramında üç dildə gözəl şeirlər söyləndi,nəğmələr oxundu,milli və dünya xalqlarının rəqsləri ifa edildi.Həmrəylik nümunəsi olaraq musiqili-əyləncəli şənlik üç dildə-azərbaycan,rus və ingilis dillərində aparıldı.Şaxta babanın təbrikləri də üç dildə səsləndi.Xoş əhval-ruhiyyə aşılayan tədbirdə müəllimlər də şagirdlərlə birgə əylənmiş oldular.Çoxmillətli şagird və müəllim kollektivi bu tədbirdə bir daha həmrəy olduğunu sübut etmiş oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi