Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş nümunə dərsləri Mərkəzi Kitabxanada

Məktəbimizin tarix müəllimi Sevil Tağıyevanın Səbail rayon Mərkəzi  Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar açıq dərsi keçirildi. 5f sinif şagirdlərinin  iştirakı ilə tədris olunan bu dərsdə Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx təqim olundu, sonra tarix müəllimi məktəblilərə Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin  yaranma tarixi, bu dövlətin yaradıcıları M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev  və digər  üzvləri  haqqında ətraflı  məlumat  verdi. Müasir təlim metodları əsasında təşkil olunan dərsdə  şağirdlərdən  ibarət “Türkçülük”, “İslamçılıq”, “Vətənpərvərlik” və “Birlik”  qrupları  mövzu ətrafında maraqlı fikir mübadiləsi apardılar. Sonda müəllim və şagird heyəti  kitabxanada təşkil  olunan “Azərbaycan  Xalq  Cumhuriyyəti - 100”  adlı  kitab sərgisi ilə  tanış  oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi