Şagirdimiz British Council Azerbaijan “English Clubs”-ın təşkil etdiyi müsabiqənin qalibi oldu

British Council Azerbaijan “English Clubs” şagirdləri arasında ingilis dilində esse yazı müsabiqəsi təşkil etmişdir. Müsabiqəyə qatılan 47 şagirddən 10 nəfəri qalib adını qazanmışdır. Məktəbimizin VI sinif şagirdi Fərhad Məmmədovun adı qaliblər arasindadır. Qaliblər “Ali və Nino” mağazalar şəbəkəsinə aid olan hədiyyə kartı ilə mükafatlandırılmışlar.