Cümhuriyyət müzeyində açıq dərsin təşkili
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəb üzrə Tədbirlər planı hazırlanmışdır. Cümhuriyyətin 100 illik ildönümü ilə bağlı artıq bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Məktəbinizin X sinif şagirdlərinin Dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyəti müzeyində açıq dərsi təşkil edilmişdir. Dərsə başlamazdan öncə şagirdlərə muzeyin əməkdaşları tərəfindən muzey və burada toplanmış eksponatlar barədə ətraflı məlumat verilmişdir.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Arzu İbrahimovanın "Cümhuriyyət dövrü ədəbiyyatı" mövzusundakı dərsdən şagirdlərin hazırladığı materiallar, söylədikləri şer parçaları muzeyin əməkdaşları tərəfindən də bəyənilmişdir. Muzey əməkdaşlarından Arzu Quliyevanın "Parlament", Fəxriyyə Əliyevanın "Dövlət atributları" haqqında maraqlı məlumatları şagirdlərə çatdırılmışdır.Tədbir çərçivəsində Cümhuriyyətin fəaliyyətini əks etdirən film də nümayiş etdirilmişdir. Sonda muzey əməkdaşları tərəfindən keçirilən intellektual yarışmada şagirdlər Cümhuriyyət barədə əldə etdikləri bilikləri yetərincə nümayiş etdirə bilmişlər. Belə dərslərin və tədbirlərin təşkili şagirdlərdə dünyagörüşü, milli-mənəvi dəyərlər və tariximizə hörmət və sevgi hislərinin formalaşmasına xidmət edir.