“Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş görüş
“Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş görüş keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovla görüş şagirdləri narahat edən bir çox məsələlərə aydınlıq gətirdi. “Tolerantlıq nədir?” sualına Nahid müəllimin dəlil–sübutları, ətraflı, faktlara söykənən cavabı çox mətləbləri açıqlamış oldu.Dialoq şəklində keçən görüş tolerantlığın – dözümlülüyün bu gün cəmiyyətimiz üçün necə vacib bir amil olduğunu təsdiqləmiş oldu. Nahid müəllim İlham Əliyevin “Azərbaycan tolerantlıq örnəyidir” fikrini əsas tutaraq ölkəmizdə hər zaman dini dözümlülüyün olduğunu, digər dinlərə və onlara məxsus məbədlərə hörmət göstərildiyini vurğuladı. Rəhbərlik bu kimi görüşlərin və söhbətlərin şagirdlər üçün böyük əhəmiyyətli olduğunu vurğulayaraq davamlı olacağını bildirdi.