Səmədbəy Mehmandarovun xatirəsi anıldı.

Səmədbəy Mehmandarovun xatirəsi anıldı.Mənim də əlimdən bu gəlir ancaq,Səni keçmişinlə eləyim tanış.Başıuca yaşamaq istəsən əgər,Bax gör babaların necə yaşamış. Məktəbin tarxi müəllimi Firuzə Məmmədlinin Azərbaycanın igid oğlullarından biri olan Səmədbəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş “Dəyirmi masa” məhz belə bir məqsəd daşıyırdı. Məktəbin H. Əliyev muzeyində baş tutan dəyirmi masada məktəb rəhbərliyi, tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdi. “Silahını paslanmağa qoymayan” vətən oğlunun həyatı, keçdiyi ağrı–acılı, lakin şərəfli hərb yolu vərəqləndi. Maraqlı slaydlarla müşayiət olunan söhbət zamanı şagirdlər tərəfindən dəyərli fikirlər səsləndi: “Xalqımızın tarixi nə qədər zəngin olsa da, hələ də qaranlıq səhifələr çoxdur, hər bir xalq özünün abidələri, görkəmli şəxsiyyətləri ilə ölməzdir. Onlar millətin və xalqın qədimliyindən, qəhrəmanlığından soraq verir.”