“DÜŞÜNƏN, DÜŞÜNDÜRƏN POEZİYA”

Məktəbimiz yenə qapılarını dostların üzünə açmış,söz-sənət xiridarlarını “Düşünən və düşündürən poeziya”işığına toplamışdı. Bugünkü tədbirimiz ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ad gününə təsadüf etdiyindən məktəbin direktoru Ceyran Kuliyeva Prezident İlham Əliyevin Müstəqil Azərbaycanımızın çiçəklənməsi yolundakı düşünülmüş, uzaqgörən fəaliyyətindən söz açdı və cənab Prezidenti ürəkdən təbrik etdi, ona Ulu Tanrıdan cansağlığı, xalqımızın xoşbəxt və firavan sabahı naminə yorulmaz fəaliyyətində uğurlar dilədi. Təbii ki, məktən rəhbərinin bu təbriki sürəkli alqışlarla müşaiət olundu. İşığına toplaşdığımız şair isə “Yaradıbdır inam məni, mən inamın övladıyam...” deyən yenilməz əqidə və məslək sahibi Xalq şairi Bəxtiyar Vahabzadə idi. Ədəbi-bədii kompozisiya şairin bütün yaradıcılığı, poeziyası üçün çox rəmzi və xarakterik olan: “Yaşamaq yanmaqdır, yanasan gərək! Həyatın mənası yalnız ondadır. Şam əgər yanmırsa yaşamır demək, Onun da həyatı yanmağındadır” – devizi altında keçirildiEmin Sabitoğlu, Eldar Mansurovun həzin melodiyalarını sədaları altında hər kəs “Qəlbin alovundan axan amal işığında” gah lirik hislərə daldı, sevdi-sevildi, Vətən torpağını gəzdi, dönüb arxaya – yaşanmış günlərə nəzər saldı, gecədən, gündüzdən haqq-hesab istədi, fırlanan dünyanın sehrinə düşdü, dağda şəlalə kimi çağlamaq istədi, həyatın şirinliyini daddı.... Ölməz şair, poeziya sənətini özünəməxsus ehtiras və çılğınlıqla sevən, çox zaman özünü unudan, özünü poeziya küləklərinin yedəyinə verən bir sənətkar, ədəbiyyat nəhəngi poeziyasevərləri düşündürən poeziyasının qanadlarına alıb uçurdu.....“Ömür yolu - içindəki vuruşları , mübarizəsi – tale ilə yarışları” olan şairin çoxşaxəli yaradıcılığı vərəqləndi: “Özümdən narazıyam”, “Axı dünya fırlanır”, “Həyat, sən nə şirinsən”, “Düşünürəm” , “Dağda şəlalə kimi”, “Axtarışlarım”, “Bir salama dəymədi”, “Azərbaycan oğluyam”, “Ana dili”, “Ömür yolum - içimdəki vuruşlarım” şeirləri, “Muğam”, “Gülüstan”, “Qiymət” poemalarından parçalar səsləndi. Firdus, Tamilla, Nuray, Azər və Əzizənin söylədiyi şeirlər auditoriya tərəfindən alqışlarla qarşılandı. Çünki onların hər biri şeirləri özününküləşdirə bildi, şeirləri “yaşayaraq” söylədi. Kompozisiyanı bir-birindən gözəl, baxımlı, məzmunlu slaydlar müşayiət edirdi. Slaydlarda görüntülərlə yanaşı Ümummilli lider H.Əliyevin və tanınmış şəxsiyyətlər – Oljas Süleymenev, Çingiz Aytmatov, Mirzə İbrahimov, Teymur, Xəlilov, Yeqor İsayev, İlyas Əfəndiyev, Mehmet Kaplan, Balaş Azəroğlu, Əhməd Bican və b. B.Vahabzadə yaradıcılığı haqqında qiymətli fikirləri də yer almışdı. “Bəxtiyar ona görə bəxtiyardır ki,onu xalq sevir; xalqı da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var” - fikri bütün sitatların ana xəttini təşkil edirdi. Poeziya nümunələrinin B.Vahabzadənin sözlərinə bəstələnmiş lirik mahnılar tamamlayırdı. “Gecələr” (Könül Xasıyeva), “Biri sənsən, biri mən” (İslam Rzayev), “Durna qatarı” (Zeynəb Xanlarova) mahnıları tədbirə xüsusi rəng qatmış oldu.Fikrət Əmirovun möhtəşəm musiqisi poeziyanın ruhu ilə həmahəng idi. Məktəbin direktoru tərəfindən nitq texnikasına, ritm və tempə yüksək dərəcədə əməl olunmaqla peşəkarcasına oxunan mətn (ssenari) auditoriyanı sehrləmişdi. Şeirlər, səslənən musiqi, xüsusilə, B.Vahabzadənin söylədiyi “Gülüstan” poemasından bir parça hamını duyğulandırdı, kövrəltdi və düşünməyə vadar etdi. B.Vahabzadə poeziyası həmişəki kimi yenə öz işini gördü –düşündü və düşündürdü: “Düşünürəm, demək, varam, Haqqımı da, borcumu da anlayıram. Düşünürəm, mən özümü dərk edirəm.”Poeziya işığına toplaşmış qonaqlar Millət vəkili Cavanşir Feyziyev, BŞTİ-nin müdir müavini Məhəbbət xanım Vəliyeva, tənqinçi-jurnalist Ələddin Əsədov, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Məmmədov, Bakı şəhərinin tanınmış məktəb direktorları, mətbuat nümayəndələri Bəxtiyar poeziyasının ilıq və intim nəfəsindən, təbii, səmimi lirikasından, bu poeziyaya məxsus ahəng və harmoniyadan zövq almış oldular. Şairin müdrikcəsinə, qəribə bir uzaqgörənlik və əminliklə demiş olduğu bu sözlər bu gün öz təsdiqini tapmaqdadır: Həyatdan getsəm də, xatiratdayam, Arzuma həmişə çathaçatdayam. Üstümə nə qədər torpaq atılsa, İşığam, yenə də mən üst qatdayam
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi