Şagirdimizin beynəlxalq layihədə uğuru

Məktəbin 9a sinif şagirdi Ağazadə Validə Abbas qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatı nəzdində fəaliyyət göstərən “Azərbaycan Uşaq və Gənclərin Sülh şəbəkəsi” xəttilə Beynəlxalq layihəyə qoşulmuş və Azərbaycanı layiqincə təmsil etmişdir. “Avropa Uşaq Ombudsmanlar Birliyi” və Avropa Şurasının “Danışın gənclər zorakılıqdan” adlı birgə layihəsinə qatılan 10 ölkədən biri də Azərbaycan olmuşdur. Layihədə məqsəd internet və WEB vasitəsilə Azərbaycan uşaqlarının hüquqlarını dünya uşaqlarına çatdırmaqdan ibarət imiş.2015-ci ilin iyun ayında start götürən layihə noyabr ayında işini başa çatdırmışdır. Layihə iştirakçılarının təmsil olunduğu yekun tədbir isə Yunanıstanda keçirilmişdir. 7 – 10-cu sinif şagirdlərindən ibarət 7 nəfərlik bir komanda ilə çalışan V.Ağazadənin fəaliyyəti ,uğurlu işi qeyd olunmuşdur. Gərgin işinin nəticəsi və bəhrəsi olan Beynəlxalq Sertifikatı Validə Ağazadəyə 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günündə Ombudsman Elmira xanım Süleymanova şəxsən təqdim etmişdir. Gələcəyin hüquq müdafiəçisini biz də təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi