Məktəbimizdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” qeyd olunur
Məktəbimizdə “31 Mart – Azərbaycanlıların Soyqırım Faciəsi” müxtəlif məzmun və formada qeyd olundu. Bütün siniflərdə ilk dərslər bu faciənin anılmasına həsr olundu. Göstərilən sənədli film və slaydlar ixtisasından asılı olmayaraq, bütün pedaqoji kollektivi əhatə etdi. Məktəbin V-X siniflərini əhatə edən şeir müsabiqəsi, inşa yazılar, rəsm sərgisi gənc nəsildə bu faciəyə təəssüf, düşmənə isə nifrət hissi oyatdı.
Yuxarı sinif şagirdlərini əhatə edən “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı referat yazı işlərinin yazılması, tarix müəllimi Lalə Məmmədovanın təşkilatçılığı ilə IX-XI sinif şagirdləri ilə həyata keçirilən dəyirmi masa şagirdlərdə vətənpərvərlik, düşmənə nifrət hisləri aşılamaqla bərabər, unutqanlıq və biganəlik hislərindən uzaqlaşmağı tərbiyə etdi.