"Qiraətçi" verilişinin qonağı olduq

Məktəbimizin şagirdləri və ədəbiyyat müəllimi Natəvan Məmmədova ARB Günəş telekanalında yayımlanan , Təhsil TV və adı çəkilən kanalın birgə layihəsi olan "Qiraətçi" verilişinin qonağı oldu . Veriliş dünya ədəbiyyatının məşhur yazarlarından sayılan Çingiz Aytmatovun "Ağ gəmi" əsərinin müzakirəsinə həsr olunmuşdu .
Məktəbimizin şagirdləri əsərin müzakirəsinə müxtəlif aspektlərdən yanaşaraq maraqlı, orijinal fikirlər söylədilər . Diskussiya çox maraqlı və canlı alındı .
Veriliş ərzində məktəbimizdə mütaliə bacarıqlarının inkişafı istiqamətində görülən işlərdən də ətraflı danışdıq.
Məktəbimizin 9 a sinif şagirdi Aydan Mehtiyevanın "Ağ gəmi" əsərinin motivi əsasında çəkdiyi şəkil çox maraqlı təəssürat oyatdı .