“Kitabi – Dədə Qorqud” bizim ana kitabımızdır”

“Kitabi – Dədə Qorqud” bizim ana kitabımızdır” – demişdir ulu öndər.Məktəbin rus bölməsinin 7-ci sinif şagirdləri xalqımızın milli sərvəti olan bu “ana kitabı ” növbəti dəfə vərəqlədi. Proqram materialına uyğun olaraq dastanın ən maraqlı boylarından olan “Qazılıq qoca oğlu Yeynək boyu” mövzusunda dərs 18 dekabr 2015-ci il tarixdə “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirildi. Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Rzayevanın “Dədə Qorqud” filmindən istifadə etməklə qurduğu müasir dərs mövzunun açılması və məqsədə nail olma baxımından uğurlu alındı. Şagirdlər el ağsaqqalı müdrik Dədə Qorqud və oğuzlar, eləcə də alman şərqşünas alimi Fridrix fon Dits və dastanın elmə məlum olan əlyazmaları haqqında maraqlı məlumatlar əldə etmiş oldular. Tarix fənninə inteqrasiya edilən dərsdə məktəbin tarix müəllimi Sevil Tağıyevanın oğuzların tarixi, dövlətçiliyi, Azərbaycanın tarixi coğrafiyası,dastanın yarandığı və yayıldığı ərazi ilə bağlı verdiyi məlumatlar tarixilik baxımından çox qiymətli olub, şagirdlərdə qürur hissi oyatdı. Şagirdlərin dolğun cavabları, boyun bir hissəsinin səhnələşdirilməsi, çəkilən illüstrasiya mövzunun tam mənimsənildiyini deməyə əsas verirdi. Sonda Mərkəzi Kitabxananın baş metodisti Günel Babayeva dərsin mövzusu əsasında hazırlanmış elektron kitab sərgisini şagirdlərə təqdim etdi. Hər kəs bir daha belə bir əminlik hasil etdi ki, “Kitabi – Dədə Qorqud” abidəsi ana dilimizdə yazıya alınmış ilk qədim və möhtəşəm sənət əsəridir”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi