Şagirdlərimiz “Ölkəmizi tanıyaq” 8-ci tur aksiya çərçivəsində Naxçıvanda

Məktəbimizin şagirdləri Validə Ağazadə,  Əlhadi Xaniqani, eləcə də  fiziki tərbiyə müəllimi Namiq Cəfərov “Ölkəmizi tanıyaq” 8-ci tur aksiya çərçivəsində 15-18 mart tarixlərdə  beşminillik şəhər mədəniyyəti ənənələrinə malik, nəinki Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə töhfə vermiş qədim Naxçıvan şəhərində olmuşlar. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvanı bu gün hamını heyran qoyan inkişafı və sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar. Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının bu uğurlara imza atması hər bir azərbaycanlıda qürur hissi yaşadır.  Səfər çərçivəsində şagirdlərimiz Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat əldə etmiş, Naxçıvanda bugünədək qorunub saxlanılan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olmuşlar.  Bu tur aksiyaların gənclərimizin vətənpərvərlik tərbiyəsində müstəsna rolu xüsusi qeyd edilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi