Məktəbimizdə Novruz şənliyi

Sülhə, birliyə, əmin-amanlığa səsləyən Novruz bayramı hər il olduğu kimi bu il də məktəbimizdə xüsusi bir coşqu ilə qeyd edildi. Tədbirlərə yaradıcı yanaşma  hər zaman olduğu kimi bu dəfə də özünü gözlətmədi. Məktəbin 8-ci sinif şagirdlərinin qatıldığı Novruz şənliyində dörd ölkə təmsil olunurdu. 8a sinfi tərəfindən Bosniya-Hersoqovina, 8b Özbəkistan, 8c İran İslam Respublikası, 8f  sinfi isə Azərbaycanı 3 nominasiyada: “Ən yaxşı təqdimat”, ”Ən yaxşı musiqi nömrəsi” və “Ən yaxşı mətbəx” – slaydlar vasitəsilə maraqlı və ətraflı məlumatla, şux, şən mahnı və rəqslərlə, zəngin milli mətbəxi ilə təqdim etdi. Bosniya-Hersoqovina haqqında geniş məlumat, milli geyimdə təqdim olunan şux rəqslər və fərqli,eyni zamanda zəngin mətbəx diqqət çəkirdi.Özbək xalqının qədim  adət-ənənəsi, milli elementlərlə işlənmiş koloritli suvenirləri,məşhur özbək plovu nümayiş etdirildi. 8b sinif şagirdi Fatimə Kərimovanın mükəmməl bir şəkildə ifa etdiyi şux özbək rəqsi yüksək əhvali-ruhiyyə yaratmış oldu. Qonşu İran İslam Respublikası da layiqincə təmsil olunurdu. Yurdumuzda Novruz bayramı hər zaman xüsusi təmtəraqla və möhtəşəm keçirilib. Bu təmtəraq 8f sinfinin təqdimatında da özünü göstərmiş oldu. Rus bölməsi şagirdlərinin Azərbaycan dilində təqdimatı hər cür tərifə layiq idi. Əlvan geyimlərlə simvolizə edilən 4 çərşənbə və səməni, Novruz adətləri, Novruz personajları olan Kosa və Keçəl,mahnı və rəqslər.... Cavad və Mehribanın ifa etdiyi “Naz eləmə” rəqsi alqışlarla qarşılandı. Münsiflər heyətinin yekdil qərarı ilə 8c sinfi III , 8b II, 8a I yerə layiq görüldü. Fəal iştirakına görə 8f sinfi xüsusi Diplomla mükafatlandırıldı. Tədbirdə “Məktəblinin dostu” layihəsinin əlaqələndiricisi Leyla Qurbanova da iştirak edirdi. Sonda məktəbin direktoru Ceyran xanım çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi və hər kəsi bayram münasibəti ilə təbrik etdi.                

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi