Azərbaycan Məktəb İdmanları Federasiyanın təqdimat mərasimi
Milli Olimpiya Komitəsinin inzibatı binasında Azərbaycan Məktəb İdmanları Federasiyanın təqdimat mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri və federasiya nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən məktəbimizin fiziki tərbiyə müəllimi Namiq Cəfərov federasiyanın gənc nəslin fiziki tərbiyəsindəki müstəsna rolundan, şagirdlərin müxtəlif idman yarışlarındakı çıxışlarından, eləcə də məktəblilərin böyük arenalardakı uğurlarından söz açdı, Azərbaycan Məktəb İdmanları federasiyasının idarə heyətinə gələcək fəaliyyətlərində uğurlar dilədi.