Nəriman Həsənzadəyə ilə görüş

Məktəbimizdə Azərbaycanın Xalq şairi, “Şöhrət“ ordenli Nəriman Həsənzadə ilə ədəbi-bədii görüş keçirildi. Görüşdə Azərbaycanın tanınmış ziyalılarından şair-publisist, Yazıçılar Birliyinin üzvü, Türk dünyası Elmi Araşdırmalar Akademiyasının professoru Hacan Hacısoy, görkəmli alim, şair- publisist  Akşin Alkəmərli, “Aşıq Pəri” məclisinin üzvləri - Gözəl Zalova və Güllü Eldar Tamarlı  da iştirak edirdi. Dünyanın müxtəlif dillərinə tərcümə olunan, bütün zamanların şairi adlandırılan Nəriman Həsənzadə ilə olan bu görüş əsil toy-bayrama çevrildi.  Şairin uşaqlığını obraza çevirən Nihadın, şeirlərindən nümunələr söyləyən Zərifənin, dram əsərlərindən parçalar nümayiş etdirən Əlihadi, Allahverdi və İbrahimin çıxışları şairi çox kövrəltdi.

Dahi şair N.Gəncəvi və Memar Əcəminin həyat və fəaliyyətinə həsr olunan “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü“ dramlarından bir hissənin səhnələşdiriliş tamaşası alqışlarla qarşılandı. “Aşıq Pəri” məclisinin üzvü Güllü Eldar Tamarlının ifasında sözləri Nəriman Həsənzadəyə məxsus musiqi çələngi məktəb kollektivi üçün bir hədiyyə oldu. Xalq şairi Nəriman Həsənzadə yaradıcılığı müasir gəncliyin millilik və mənəvi dəyərlər  ruhunda tərbiyəsində müstəsna əhəmiyyətə malikdir. Bütün xalqın sevimlisi olan şair haqqında ürək sözlərini söyləyən tanınmış ziyalılar, eləcə də şairin özü yüksək səviyyədə təşkil olunan ədəbi-bədii görüş üçün məktəbin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi