Duz zavoduna və Novxanı gül parnikinə ekskursiya
Məktəbimizin 2f, 3k, 5k sinif şagirdləri dünyanın 8 çəhrayı ecaskar göllərindən biri olan Masazır gölü ətrafında yaradılmış Duz zavoduna ekskursiyaya gediblər. Uşaqlar böyük həvəslə zavodda yaradılmış müasir texnalogiya ilə tanış olmuş, laboratoriya əməkdaşları tərəfindən göstərilən təcrübələr onların xüsusi marağına səbəb olmuşdur. Daha sonra şagirdlər Novxanı gül parnikinə yollanmışlar. Parnikə daxil olan uşaqların gözlərindəki heyrətamiz təəccüb məkanın ecazkar gözəlliyinin təzahürü idi. Buradakı qızılgüllər, lalələr, bənövşə və zanbaqlar sanki uşaqlara qucaq açmış, öz gözəlliklərini onların sevgi dolu qəlbi ilə bölüşmüşlər. Bu ekskursiyanin təşkili ilə müəllimlərimiz sagirdlərimizə iqtisadiyyatımızin inkisafı və gözəllik yaradanların əməyini nümayiş etdirmiş oldular.