Şagirdlərimiz İDEA İctimai Birliyinin tədbirində
Fevralın 26-da "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra aksiya iştirakçıları müxtəlif dillərdə "Uşaqlar və müharibə" mövzusunda çıxış ediblər. Məktəbimizin şagirdi Vivian Eziaşanın azərbaycan dillli çıxışı aksiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər.
Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə çəkilmiş fotoşəkillər şagirdlərimiz Vivian, Culiana və Əminənin həyatının ən unudulmaz xatirəsinə çevriləcək.