"Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda tədbir

FH Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə məktəbimizdə «Fövqəladə hallarla bağlı davranış qaydaları» mövzusunda tədbir keçirildi. Tədbirdə Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Yanğın Nəzarəti Xidməti, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti idarəsinin əməkdaşları iştirak etmişlər. Adı göstərilən qurumların əməkdaşlarının çıxışları və şagirdlərə təqdim olunan video-çarx mövzu ətrafında dəyərli məlumatlarla şagirdləyin biliyini zənginləşdirdi. Toplantı iştirakçıları bu tədbirdə, heç birimizin sığortalana bilməyəcəyi, fövqəladə hadisələr zamanı vacib olan davranış qaydalarına yiyələndilər. Sonda çıxış edən direktor belə önəmli və maraqlı tədbirin təşkilinə görə FH Nazirliyi və müvafiq qurumların rəhbərliyinə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi