Riyaziyyat aylığı

Biz iqtisadiyyatımızın, mədəniyyətimizin, sosial və mənəvi həyatımızın inkişafı yollarının müəyyənləşdirilməsinə hansı mövqelərdən yanaşırıqsa yanaşaq, insanın siyasi və intellektual səviyyəsi, vətənpərvərliyi və beynəlmiləlçiliyi, yaradıcılq qabiliyyəti, vətəndaşlıq mövqeyi və fəallığı həmişə həlledici amil olacaqdır. Məlumdur ki, uşaqlıq illərinin təəssüratları ilə zəngin olan insanın təxəyyülü, dünyaya baxışı, mühakimə dairəsi geniş olur. Uşaqlıq illərinin izi bütün ömürdən qırmızı xətt kimi keçir, insanın xarakteri bu ilkin zəmin üzərində inkişaf edir. Bu dövrdə uşaq həyatının parlaq, rəngarəng, mənalı keçməsi, ona uyğun yeni biliklərin emosional şəkildə verilməsində dərs prosesiylə yanaşı sinifdənxaric tədbirlərin də rolu böyükdür. Məhz elə bu səbəbdən də məktəbimizdə təşkil olunan fənn aylıqlarına xüsusi önəm verilir, hətta bu aylıqların təşkili rəqabət xarakteri daşıyır. Noyabr ayında keçirilən Riyaziyyat aylığı belə maraqlı və yadda qalan aylıqlardan biri olacaq. Riyaziyyat aylığının yekun tədbiri X sinif şagirdi Nigar Rüstəmlinin hazırladığı “Riyaziyyat nədir?” başlıqlı təqdimatla başladı.7c sinif şagirdlərinin ifasında hazırlanmış “Həndəsi fiqurların yarışı” səhnəciyi tamaşaçıların təbəssüm və məna dolu baxışlarıyla qarşılandı.X sinif şagirdlərindən ibarət komandalar arasında təşkil edilən “Breyn - rinq” yarışı şagirdlərimizin məntiqi təfəkkürünün inkişaf səviyyəsini nümayiş etdirdi. X sinif şagirdi Kənan Orucovun hazırladığı suallar toplusu zalda əyləşənlərə ünvanlandığından şagirdləri tamaşaçı və dinləyicidən – iştirakçıya çevirdi və tədbirin ahənginə yeni bir rəng qatdı. Bu tədbirin ən maraqlı məqamı isə “Riyaziyyatçı hörümçəklər” video – çarxının nümayişi oldu. Bu slayd bir daha sübut etdi ki, elmlərin şahı olan riyaziyyat həyatımızın bütün sahələrinə siraət edib və riyaziyyatsız həyat yoxdur. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Ceyran Kuliyeva belə maraqlı tədbirin ərsəyə gəlməsində əməyi olan bütün müəllim və şagirdlərə təşəkkürün bildirdi, fəal tədbir iştirakçıları, eləcə də “Breyn - rinq” oyunu iştirakçıları mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi