Məktəbimizin əcnəbi şagirdinin mötəbər tədbirdə çıxışı

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Uşaqlar və müharibə” adlı sərgi ilə tanış olublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə azərbaycanlı və ölkəmizdə təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatları iştirakçılara çatdıraraq, bu istiqamətdə mütəmadi şəkildə tədbirlərin keçirilməsini arzu etdiklərini diqqətə çatdırıblar.

Tədbirdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri qeyd edildi.

“Müharibəyə yox deyək” şüarı ilə tədbirdə çıxış edən məktəbimizin V sinif şagirdi Vivian Eziaşının səmimi və təsirli ürək sözləri dinləyicilər tərəfindən alqışla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi