Mərkəzi Kitabxanada "Açıq dərs"

Noyabrın 25-də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Rzayevanın rus bölməsinin 7 "f" sinfi ilə "açıq dərs"i keçirildi. Azərbaycan dili fənni üzrə qoyulan mövzu "Kitabi-Dədə Qorqud dastanı"ndan "Qazılıq qoca oğlu Yeynək boyu"na həsr olunmuşdu. Burada əsas məqsəd tarixi keçmişimiz, adət-ənənələrimiz haqqında məlumat verən, böyüyə, ata-anaya hörmət hissi aşılayan boyla şagirdləri yaxından tanış etmək idi. Dərs zamanı interaktiv təlim metodlarından və müasir təlim texnologiyalarından istifadə olundu, slaydlar və "Dədə Qorqud" filmindən kadrlar göstərildi. Mərkəzi Kitabxananın sistem inzibatçısı Sevda Məmmədova kitabxananın fondunda mövzu ilə bağlı ədəbiyyatın biblioqrafik icmalını keçirdi və "Qədim Türk eposu; "Dədə Qorqud" adlı kitab sərgisini nümayiş etdirdi. Onu da qeyd etməliyik ki, Təranə Rzayeva tərəfindən təşkil edilən belə maraqlı və səyyar dərslər mütəmadi olaraq təşkil olunur və şagirdlərimiz tərəfindən maraqla qarşılanır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi