YARAT Müasir İncəsənət Mərkəzində Çingiz Abdullayvlə görüş

YARAT Müasir İncəsənət Mərkəzinin  təşəbbüsü ilə Azərbaycanın detektiv yazıçısı, nasir və  publisisti Çingiz Abdullayevlə məktəbimizin VIII-XI sinif şagirdlərinin görüşü təşkil edilmişdir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan, dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edən, rus dilində yazıb-yaradan, ingilis və italyan dillərində sərbəst danışan, 27 milyon nüsxədə 600-dən çox kitabı dünyada yayılan, 194 adda kitabın müəllifi  Çingiz Abdullayevlə görüşün şagirdlərimizin xatirində əbədi iz qoyacağına hər birimiz əminik. Çünki bu görüş şagirdlərimizin duyğu və düşüncəsinə, şüuruna yol tapdı, onları ehtizaza gətirdi. Şagirdlərin ədəbiyyatın müxtəlif janrları və yazıçının əsərləri ilə bağlı Çingiz Abdullayevə ünvanladığı suallar görüşün səmimiliyindən məcrasını dəyişmiş və Çingiz Abdullayev məktəblilərin suallarını cavablandırmaqla bərabər öz həyatı ilə də bağlı çox maraqlı xatirələri də yada salmışdır. Tanınmış ziyalılarla təşkil edilmiş belə görüşlər şagirdlərin dünyagörüşünün formalaşmasına, mədəni baxımdan zənginləşməsinə, onların mütaliəyə olan marağının artmasına gətirib çıxarır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi