Peşə - ixtisas təhsilinin təbliğı

Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir. Yeni-yeni müəssisələr, zavod və fabriklər yaranır, turizm sahəsi  genişlənir, kənd təssərrüfatı, tikinti sektoru sürətlə inkişaf edir. Bütün bunlar geniş dünyagörüşünə malik, təşəbbüsləri, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli peşə ixtisasına yiyələnmiş  mütəxəssis-kadrlara olan tələbatı artırır.. Azərbaycan təhsilinin  bu sahədə böyük uğurları var. Peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması  bunun bariz  nümunəsidir.

Təəssüflər olsun ki, peşə-ixtisas təhsilinə maraq hələ də valideyn və şagirdlər tərəfindən yetərincə düzgun qəbul  olunmur. Orta təhsil pilləsini, hətta, qeyri-kafi qiymətlərlə bitirən şagirdlər valideynlərin təkidi ilə təhsilin növbəti pilləsinə qatılırlar. Nəticədə təhsilin tam orta təhsil səviyyəsində məktəblərin tədris keyfiyyət göstəriciləri aşağı düşur, belələrinin böyuk əksəriyyəti ali təhsil müəssisələrinə qəbul ola bilmir və hətta bir qismi isə tam orta təhsil haqqında attestatı vaxtında ala bilmirlər. Nəticədə illər boşa xərclənir. Məktəbimizdə bu məsələnı düzgün təbliq etmək, məzunlarımızın cəmiyyətə yararlılığına nail olmaq məqsədiylə VIII-X sinif şagirdləri və valideynləri ilə təbliğat xarakterli görüşlər təşkil olunub, şagird və valideynlərimizin PROFİ-RESURS Peşə Tədris Mərkəzi və 5№-li Bakı Peşə Liseyinə  ekskursiyaları həyata keçirilib. Təşkilatçı və sinif rəhbərlərinin də qatıldığı bu tanışlıq-təbliğat xarakterli ekskursiya şagird və valideynlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi