İdman sahəsində daha bir uğurumuz

Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyası tərəfindən Atletika idman növü üzrə Respublika birinciliyi keçirilmişdir. Bu birincilikdə məktəbimizin 2003-2004-cü il təvəllüdlü oğlan və qızlarından ibarət komandası iştirak etmişdir. 4x200 metr məsafəyə estafet qaçışında məktəbinizin Zeynəb Rəhimova, Nurlana Quluzadə, Ülkər Babanlı, Mədinə Məmmədova, Məleykə Babayevadan ibarət komandası III yerə layiq görülmüşdür. Bu qələbə məktəbin tarixində atletika idman növü üzrə əldə edilmiş ilk ən böyük nailiyyətdir. Bu nailiyyətdə  məktəbin fiziki tərbiyə müəllimləri Həsən Vəliyev və Namiq Cəfərovun zəhməti böyükdür. Gələcək yarışlarda şagirdlərimizə daha böyük uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi