“Müasir təhsil” mövzusunda keçirilən seminar-dərs

Məktəbimizin illərdən bəri davam edən ənənəvi tədbirləri sırasında Rus dili və ədəbiyyatı metodbirləşməsinin Rusiyanın ölkəmizdəki səfirliyi ilə çoxşaxəli əməkdaşlığı da önəmli yer tutur. Səfirlik nəzdində fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi neçə-neçə tədbirə qatılan və fəal iştirak edən şagird və müəllim kollektivimiz daha bir maraqlı layihəyə qoşuldu. “Müasir təhsil” mövzusunda keçirilən seminar-dərsin iştirakçıları təhsil işçiləri idi. Seminar və müzakirəyə çıxarılan mövzu BSU-nun,şəhərin qabaqcıl lisey və orta ümumtəhsil məktəblərinin müəllimlərini bir araya gətirmişdi.Mövzu ətrafında hər kəs subyektiv fikir yürüdür və bu prioritet sahəyə öz yanaşma tərzini nümayiş etdirirdi. Seminarda məktəbimizi Rus dili və ədəbiyyatı müəllimi metodist Nüşabə Orduxanova təmsil edirdi.Həmkarları ilə iş təcrübəsini bölüşən Nüşabə Orduxanova açıq dərs vermiş və “Müasir təhsilin metodikası” adlı məruzə ilə çıxış etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi